Bu gün Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyası keçirilir. MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasında 7 ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.
Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sessiyanın məqsədi, mövzusu barədə məlumat verərək ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışıb.
MDB İcraiyyə Komitəsi tərəfindən Mamutbekov Jaras Madyarxanulu MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının sessiyalarının, üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən və ali audit qurumlarının gələcək fəaliyyətində rolundan bəhs edib, sessiyanın işinə uğurlar arzulayıb.
Qeyd edək ki, MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərlər Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılıb. MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasına 9 ölkənin Ali Audit Qurumu daxildir. Şuranın yaradılması MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial-iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli bilik və təcrübə mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti olaraq kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması məsələləridir.
Azərbaycan Respublikası Hesablama Palatası 2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.
MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVI sessiyası “MDB-yə üzv olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya” mövzusu üzrə ötən il iyunun 7-8-də Minsk şəhərində keçirilib, növbəti XVII sessiyaya Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi və sədrlik etməsi ilə bağlı qərar qəbul olunub.
Sessiya öz işini sentyabrın 6-da davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB