Bum meşəbəyliyində yanğın baş verib

Bum meşəbəyliyində yanğın baş verib

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yüksək dağlıq ərazidə baş vermiş yanğının havanın isti və küləkli olması səbəbindən söndürülməsində çətinliklər yaranıb. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin ətraf rayonlarının yerli qurumlarının əməkdaşları yüksək dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün ciddi səy göstərirlər. Əraziyə helikopterlər cəlb olunub. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Yanğın 1,5 hektar ərazini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə