Moskva müsəlmanları Qurban Bayramını qeyd edirlər. SİA xəbər verir ki, bu münasibətlə Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarına təbrik məktubu imzalayıb. Məktubda Prezident Vladimir Putin qeyd edib ki, ümmətin birliyi, millətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi ölkədə hər bir mühüm məsələlərin həlli üçün zəmindir. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin də Moskva müsəlmanları qarşısında çıxış edib. Qurban bayramına həsr olunmuş tədbirlərdə 200 mindən çox müsəlman iştirak edib. Moskvanın bir sıra məscidlərində bayram namazları qılınıb. Bu il Rusiya paytaxtında qurban kəsmək üçün yerlər yalnız Moskva ətrafında ayrılıb. Moskvanın özündə qurbanlıq heyvanların kəsilməsinə icazə verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB