Qəbələdə yanğınla bağlı SON XƏBƏR

Qəbələdə yanğınla bağlı SON XƏBƏR

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, isti və küləkli hava şəraiti alovun söndürülməsinə çətinlik yaradır. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin canlı qüvvəsi və texnikası ilə yanaşı helikopter də cəlb olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə