Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müqəddəs Qurban bayramı tədbirləri çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanılıb. SİA-nın verdiyi məlumata görə, rayon mərkəzindəki “Yeni Həyat” şadlıq sarayında bayram süfrəsi arxasında davam edən bayram tədbirində isə rayonda olan idarə, müəssisə və təşkilatların kollektivləri, “Daşkəsən Filizsaflaşdırma” ASC və “AzerGold” QSC-nin işçiləri, YAP fəalları, eləcə də şəhid ailələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əvvəlcə Qurban bayramı münasibətilə təbriklərini və çatdırıb:
- Belə tədbirlər Prezidentimiz cənab İlham Əliyevin İslam dininə, milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşmasının və vətəndaşlara olan diqqət və qayğısının təzahürüdür. Möhtərəm Prezidentimiz tərəfindən respublikamızda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi də Dövlət Başçısının İslam dininə verdiyi ali dəyərin bariz göstəricilərindəndir.
Çox sevindirici haldır ki, bu gün bizimlə burada rayon ərazisində yeni tikilib istismara tam hazır olan "AzerGold” QSC-nin Çovdar qızıl emalı sahəsinin əməkdaşları da iştirak edirlər. Həmin müəssisəsədə hazırda 450 nəfərdən artıq işçi daimi işlə təmin olunub. Yaxın gələcəkdə istehsal gücünün və işçilərin sayının artırılması nəzərdə tutulub. Rayon ərazisində olan bu müəssisə nəinki regionda, hətta dünyada məhşur olacaq, böyük iqtisadi gəlir gətirən bir sahə kimi Azərbaycana şöhrət və baş ucalığı gətirəcəkdir.
Belə bir müasir emal müəssisəninin rayonumuzda yaradılmasına görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə bütün daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Fürsətdən istifadə edib, “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimovu və müəssisənin bütün kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Birmənalı olaraq qeyd edirəm ki, bu gün ölkəmizdə “Azergold” QSC-i, “Daşkəsən Filizsaflaşdırma” ASC, o cümlədən “Alunit” İstehsal Sahəsinin işə salınması ölkəmizin qeyri-neft sektoruna böyük iqtisadi gəlir gətirəcək, Daşkəsən rayon sakinləri daimi iş yerləri ilə təmin olunmasına şərait yaradacaq, rayonumuzda uzun müddət problemli olan məsələlər tam öz həllini tapacaq, Daşkəsən regionda inkişaf etmiş pilot bir rayon olacaqdır.
Rayonumuzda böyük quruculuq-abadlıq işləri görülür. Belə ki, şəhərin su-kanalizasiya sisteminin tamamilə yenidən qurulması işləri başa çatmaq üzrədir, son tamamlama işləri görülür. Ölkəmizdə böyük iqtisadi gəlir gətirə bilən bu istehsal müəssisələrinin işə salınması biz daşkəsənliləri sevindirir.
Müqəddəs bayram günündə ölkə rəhbərimiz cənab ilham Əliyevə, onun ailəsinə təşəkkür və minnətdarlığımızı bildirərək, onlara xoşbəxtlik arzulayır, bu şərəfli işlərində yeni qələbələr və uğurlar diləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB