53 nəfər istirahət və müalicəyə göndərilib

53 nəfər istirahət və müalicəyə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin müvafiq dövrü ərzində Gəncə şəhəri üzrə 53 nəfər müxtəlif kateqoriyaları əhatə edən əlil vətəndaşlar istirahət və müalicəyə göndərilib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu vətəndaşlardan 2 nəfəri Nabran istirahət mərkəzinə, 6 nəfər Lənkaranda yerləşən istirahət mərkəzinə, 45 nəfər isə Naftalandakı müalicə mərkəzinə göndərilib. Proses növbəlilik əsasında hər il həyata keçirilir.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə