"Tufan" sərhəd gözətçi gəmisi suya endirildi FOTO

"Tufan" sərhəd gözətçi gəmisi suya endirildi FOTO

"Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlayıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, avqustun 24-də Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi, DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılmış S-204 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar avqustun 28-də Xəzər dənizinə endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə