“#SMM2017 Business Breakfast” layihəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, layihə bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edir. Lakin onu da qeyd etmək lazımdır ki, layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və bağlanış mərasimində yarışmanı nəzərdə tutur.
Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir. Sonda iştirakçılar sertifikat və tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılacaqlar.
Layihə keçən il Azərbaycan Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilib, 15 spiker, 60 iştirakçını özündə cəmləşdirir. “#SMM2017 Business Breakfast” layihəsi “ASAN Könüllülük Məktəbi”nin "ASAN kadr" karyera mərkəzi tərəfindən artıq 2 ildir ki, həyata keçirilir.
Qeyd edək ki, “ASAN Könüllülük Məktəbi”nin fəaliyyəti çərçivəsində artıq 12.000-dən çox gənc ASAN könüllüsü statusunu qazanıb. Məktəbin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq onlara təcrübə qazandırmaq, karyera yüksəlişinə və ümumi inkişafa dəstək olmaqdır. Bunun üçün müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB