"Saxta məktəbli formalarının aşkarlanması üçün bütün müvafiq qurumlara müraciət edilib və bu gündən aidiyyatı dövlət qurumları Bakı, Sumqayıt, Xırdalan, Göyçay şəhərlərində reydlərə başlayıb". Bu barədə SİA-ya "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin Satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.
Ölkəyə Çindən və digər ölkələrdən böyük miqdarda saxta məktəbli formalarının gətirildiyini deyən şöbə rəisi qeyd edib ki, burada əsas məqam sertifikatsız, keyfiyyətsiz eyni zamanda zirzəmi şəraitində istehsal olunan həmin geyimlərin BTE-yə məxsus döş nişanları ilə satılmasıdır: "Saxta geyimlərin üzərinə "BTE", yəni "Bakı Tikiş Evi" yazılıb, bizim döş nişanlarımız vurulub. Onlar "Bakı Tikiş Evi"nin adından satılır".
E. Əzimov əlavə edib ki, əgər BTE-yə digər rayon və şəhərlərdən də saxta geyimlərin satışda olması ilə bağlı müraciət daxil olarsa, o zaman həmin yerlərdə də reydlərə başlanıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB