Bakı-Quba avtomobil yolundakı məhdudiyyət aradan qaldırılıb

Bakı-Quba avtomobil yolundakı məhdudiyyət aradan qaldırılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

AZƏRTAC-ın Quba-Xaçmaz bölgəsi üzrə müxbiri xəbər verir ki, saat 16:00-dan etibarən artıq hər iki istiqamətdə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə