Babək sakini 1 hektar səhədə cəviz tingləri becərir Naxçıvanda

Babək sakini 1 hektar səhədə cəviz tingləri becərir Naxçıvanda

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına yeni meyvə bağları salınır, təsərrüfatların fəaliyyəti genişlənir.

Bu təsərrüfat sahiblərindən biri də Babək rayonun Qahab kənd sakini Yunis İsmayılovdur.

Naxcivantv.az əməkdaşları Yunis İslmayılovun cəviz bağında olublar. Həmsöbətimiz əvvəlcə bu işə hobbi kimi başladığını, sonradan yaxşı qazanc əldə edə biləcəyəni düşünərək bağının sahəsini artırıdığını dedi.

“Bir hektar ərazidə 180 ədəd cəviz ağacı əkmişəm. Ərəfsədən, Buzqovdan, Şahbuzdan əldə etdiyim seçmə tinglərdi. Bu işə 2014 ildən başlamışam və bir neçə ilə bəhrəsini görəcəm.”

Damlama suvarma sistemindən istifadə edən həmsöhbətimiz bunun həm suya qənayət etdiyini həm də rahat olduğunu bildirdi .

Yunis İsmayılov bağının sahəsini daha da artırmaq fikrindədir. Bunun üçün əsasən quru meyvələrə üstünlük verəcəyimi dedi.

“Yeni meyvələrdən mən daha çox çərzlik, quru meyvələr üstünlük verirəm. Türkiyədən püstə tinglərini alıb gətirib əkmək istəyirəm. Fındıq, heyva, armud və digər meyvə tingləri ilə bağımın sahəsini artırmaq istəyirəm. Həm maddiyyat üçün, həm də ki, təbiətimizin daha da gözəlləşməsi üçün”.

Kənan Cəlilov

NTV Xəbər

Bütün xəbərlər Facebook səhifəmizdə