“Açıq Əyləncəvi Futbol Məktəbləri” adlı tədbir keçirildi FOTOLAR

“Açıq Əyləncəvi Futbol Məktəbləri” adlı tədbir keçirildi FOTOLAR

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın, Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 avqust 2017-ci il tarixdə Xəzər rayonun Şağan Olimpiya İdman Kompleksində keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev çıxış etmişdir. O Qarabağ klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı əldə olunan tarixi qələbə münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Millət vəkili daha sonra bildirdi ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Sonra o qeyd etdi ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə