Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədri Abdel Vahid Radinin rəhbərlik etdiyi nümayəndə heyətinin İçəri Şəhər ərazisində gəzintisi təşkil edilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat ximətindən SİA-ya verilən xəbərə görə, idarə ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və restavrasiya işləri barədə məlumat qonaqların diqqətinə çatdırılıb.
Azərbaycan xalqının mədəni irsinin incisi "Şirvаnşаhlаr Sаrаyı Kompleksi" ilə tanışlıq zamanı qonaqlara kompleksə daxil olan abidələr haqqında ətraflı məlumat verilib. Qoruq ərazisində gəzinti Qoşa Qala qapıları meydanı ilə davam etdirilib və bu ifadənin yaranma tarixi və Qala divarları barədə informasiya verilib.
Gəzinti zamanı həmçinin Sıratağlı dini-memarlıq kompleksi ("Bazar Meydanı") ərazisində Avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında ən müasir beynəlxalq tələblərə uyğun şəkildə yenidən təşkil olunub daş ekspozisiya ilə tanış olublar.
İçəri Şəhərlə tanışlıq əzəmətli görüntüsü, ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də Azərbaycanın müdafiə istehkamları içərisində diqqəti cəlb edən Qız Qalası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB