Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş verən meşə yanğınlarının söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Mudafiə Qoşunları və Aviasiya dəstəsinin müvafiq yanğınsöndürmə texnika və şəxsi heyətindən ibarət yanğınsöndürmə-xilasetmə dəstəsi onlara həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarının söndürülməsini uğurla davam etdirir. FHN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gürcüstan hökuməti azərbaycanlı yanğınsöndürən və xilasedicilərin mürəkkəb relyefə malik ərazilərdəki yanğınların söndürülməsində göstərdikləri fədakarlığı müsbət qiymətləndirir.
Avqustun 25-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin şəxsi heyəti ilə görüşmüşdür. Baş nazir fəlakətlə mübarizədə Gürcüstana göstərdiyi köməyə görə Azərbaycan prezidenti, hökuməti və xalqına minnətdarlığını bildirmişdir. Görüşdə FHN-in heyətinə təşəkkür edən Giorgi Kvirikaşvili Azərbaycanın təbii fəlakət zonasına helikopter göndərən ilk dövlət olduğunu və bunu yüksək qiymətləndirdiklərini ifadə ediblər.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB