Qəbələdə mürəbbə festivalı keçirilir

Qəbələdə mürəbbə festivalı keçirilir

Qəbələdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçirilir. SİA-nın xəbərinə görə, festivala 22 ölkədən təmsilçilər qatılıblar.

Festivala qatılan iştirakçıların hər biri öz ölkəsinin mətbəxinə aid mürəbbə növlərini nümayiş etdirirlər. Festivalda, həmçinin, Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunur.

Festivala gələn qonaqların rayonun görməli yerlərinə gəzintisi təşkil olunacaq.

Qeyd edək ki, tədbiri keçirməkdə əsas məqsəd ölkədə turizmin inkişafına dəstək verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə