Azərbaycanlı alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edirlər

Azərbaycanlı alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edirlər

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutut ilə Koreya Respublikası Seul Milli Universiteti arasında birgə tədqiqat işlərinin aparılması barədə 2016-cı il iyulun 8-də imzalanmış müqaviləyə uyğun olaraq tərəflər arasında qarşılıqlı elmi əlaqələr davam edir. İnstitutdan SİA-ya verilən xəbərə görə, müqavilə çərçivəsində Seul Milli Universitetinin professoru Hee-Myong Ro və doktor Junho Han avqustun 23-dən 25-dək AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təlim keçiblər.

Koreyalı alimlər təlimə qatılan mütəxəssislərə “İCAP 7000 Series İCP-OES” cihazının iş prinsipi, bu cihaz vasitəsilə su və torpaq analizlərinin aparılması qaydaları barədə məlumat veriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə