Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə UEFA Çempionlar Liqasında qrup mərhələsinə çıxmaq üçün Danimarkanın məşhur "Kopenhagen" komandasına qalib gələrək Azərbaycanın futbol tarixində yeni səhifələr yazan "Qarabağ" komandasının uğurunu özünəməxsus şəkildə şərh edib. SİA-nın verdiyi məlumata görə, millət vəkili qeyd edib ki:
1. Baxmayaraq ki, "Qarabağ" fikirləşdiyim hesabla oyunu başa vurmadı (əsas bu deyil).
2. Baxmayaraq ki, oyun tam istədyimiz kmi olmadı (əsas son nəticədir).
3. Bununla belə heç nəyə baxmayaraq ümumi hesabda Azərbaycan futbol klubu səfərdə tarix yazdı (bu gözlənilirdi).
4. Azərbaycan "Qarabağ"la qələbə qazandı və bizim adımız Çempionlar Liqasının qrup mərhələsindədir (bir-iki ildən sonra bu sətirlərə öyrəşəcəyik).
5. Biz güclü Avropa klubuna malik olan ölkələrdənik (google-də "Azərbaycan" və "Qarabağ" sözlərinin axtarışı dəfələrlə artmaqdadır).
Sevinməyə haqqımız var! ("Bavariya", "Real", "PSJ", "Çelsi", "Qarabağ" və digər 27 Avropa futbol klubu)
Təbriklər!!! (MDB ölkələrindən qrup mərhələsinə cəmi 4 klub düşüb, ikisi Rusiyadan, biri Ukraynadan və Azərbaycanın "Qarabağ" komandası)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB