Qarabağ tarix yazdı

Qarabağ Futbol Kulubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq Avropa Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək. Bu böyük tarixi qələbədir. Qarabağın bu zəfərinin siyasi əhəmiyyəti də çox böyükdür. Bu fikirləri SİA-nın oxucularına millət vəkili Rauf Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Qarabağ Futbol Kulubunun bu zəfəri Qarabağ həqiqətlərini dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfə oldu. Bu tarixi zəfər milyonlarla azərbaycan vətəndaşına böyük sevinc hissi bəxş etdi. Bu tarixi zəfərə görə Qarabağ Futbol Kulubunun rəhbərliyini, bütün komanda üzvülərini səmimi qəlbdən təbrik edir, onlara Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında uğurlar arzu edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə