Polisin qulağını kəsdilər DƏHŞƏT

Polisin qulağını kəsdilər DƏHŞƏT

Abxaziyada erməni “QAİ” işçisi gözlənilməz hadisə ilə rastlaşıb. 20 avqust tarixində Albert Zabelyan adlı erməni yol polisi əməkdaşı Aynar Avidzba adlı sürücünün idarə etdiyi maşını saxlayıb. Sürücüdən maşının sənədlərini istəyən Zabelyan texniki pasportun olmaması səbəbindən onu 600 rubl cərimələyib.

Axşam işdən evə dönən Zabelyan binanın girişində cərimələdiyi Avidzba və onun dostu ilə rastlaşır. Çağırılmamış qonaqlar polis işçisinə zərbələr vurmağa başlayıblar. Erməni polis işçisi üzündən, başından, bədəninin müxtəlif nahiyyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Hücum edənlər polisin sol qulağını da kəsiblər.

Suxumi şəhər Təcili tibbi yardım stansiyasının işçisi açıqlamasında bildirib ki, Zabelyanın vəziyyəti ağırdır, beyni silkələnib, üzündə və başında çoxsaylı yaralar var, qopmuş qulapının yerinə tikilməsi üçün neyro-cərrah çağırılıb.

Qaqra şəhərinin erməni icmasının rəhbəri Xaçik Minasyan Rusiyanın birinci kanalına açıqlamasında bildirib ki, Zabelyan sürücünü cərimələyəndən sonra Avidzba adlı şəxs ona zəng edərək həyat yoldaşı ilə bir sinifdə oxuduğunu deyib və təklif edib ki, görüşüb məsələyə aydınlıq gətirsinlər. Görüş zamanı Zabelyan Avidzbaya əl verib görüşmək istəyərkən qarşı tərəfdən çoxsaylı zərbələr alıb və ...

Minasyan qeyd edib ki, Abxaziyada ermənilərə qarşı münasibət birmənalı deyil: “Rəsmi mənbələrə görə, bu gün Abxaziyada 42 min erməni yaşayır. Burada 25 erməni məktəbi, parlamentdə erməni millətindən olan 3 deputat var. Ermənilər arasında Rusiyaya miqrasiya edənlər çoxdur. Gənclərin əksəriyyəti Rusiyaya işləməyə, oxumağa gedir və bir daha geri qayıtmırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə