Cari ilin avqust ayında Şəkidə enerjisi sərfinə görə ödəniş 105 faizə yaxın, Qəbələdə isə 100 faiz olub

"Şəki" və "Qəbələ" PEŞ-lərində də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərdə yüksək nəticələrə nail olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumatına əsasən, "Şəki" PEŞ-də müəssisə üzrə cari ilin avqust ayında ümumilikdə 7,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib.

Hesabat dövründə ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 104,7 faiz olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 7,8 milyon kilovatsaata yaxın və 98 faiz olub. Nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə istehlakın 306 min kilovatsaatdan çox azalmasına baxmayaraq, ümumi ödənişdə mütləq artım 3 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda 3,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib.

Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 5 faizə yaxın artaraq ötən ayların debitor borcu da nəzərə alınmaqla 101 faiz olub.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində burada ümumilikdə 69,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin eyni dövründəki istehlakdan 495 min kilovatsaata yaxın azdır. Ümumi ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 1 faizə yaxın artaraq 86 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 728 min kilovatsaata yaxın azalaraq 35 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə 82 faizdən artıq olub.

"Qəbələ" PEŞ-də isə cari ilin avqust ayında müəssisənin xidmət ərazisində 5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 100 faiz olub. Bu da ötən ilin eyni dövründəki ödənişlə müqayisədə 34 faizə yaxın mütləq artım deməkdir. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 1,9 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə 92 faiz olmuşdur ki, bu da ötən ilin eyni dövründəki göstəricidən mütləq 8 faizə yaxın çoxdur.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 39,6 milyon kilovatsaata yaxın olub. Sözügedən dövr ərzində isə ümumi ödəniş 89 faizə yaxın olub. Ötən ilin eyni dövründə bu göstəricilər uyğun olaraq 29,4 milyon kilovatsaatdan və 94 faizdən artıq olub. Nəticədə ümumi ödənişdə mütləq artım 26,4 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 17,4 milyon kilovatsaata yaxın, ödəniş isə 78 faizə yaxın olaraq hesablanıb. Ötən ilin eyni dövründə isə bu göstəricilər uyğun olaraq 13,7 milyon kilovatsaata və 90 faizə yaxın olmuşdur. Nəticədə, sözügedən istehlakçı qrupu üzrə ümumi ödənişdə mütləq artımın rəqəmləri isə 9,4 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə