Cari ildə Kəngərlidə 3000-dən çox sığorta müqaviləsi bağlanılıb Naxçıvan
Naxçıvan MR Kəngərli rayon İcra Hakimiyyətində sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq sığorta fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, bu il Kəngərli rayonunda müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, rayona üzrə cari ilin ilk 7 ayında, ümumilikdə 3001 ədəd sığorta müqaviləsi bağlanılıb.
Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin olunmalıdır. Bu məqsədlə Kəngərli rayonunda vətəndaşlar arasında maarifləndirilmə işləri aparılır. Könüllü sığorta növlərinin, o cümlədən, kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bunlar da son nəticədə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilatı işlər genişləndirilməlidir.
Tədbirdə Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi Anar Həsənov, Kəngərli rayon Polis Şöbəsinin Dövlət Yol polisi Qrupunun Baş Dövlət avtomobil müfəttişi, polis mayoru Seyidrza Seyidov sığorta sayəsində görülən işlər, qarşıdan duran vəzifələrdən danışıblar.
Tədbirə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov yekun vuraraq sığorta sahəsində görüləcək işlərlə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Röyal Kərimov
NTV Xəbər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB