Bloqlar- “Xalq jurnalistikası” üçün mənbə- LAYİHƏ

Bloqlar- “Xalq jurnalistikası” üçün mənbə- LAYİHƏ

İnternet yarandığı gündən yaşamın demək olar ki, bütün sahələrinə yüksək sürətlə nüfuz etməyə başladı və böyük uğur qazandı. O çoxdandır ki, kütləvi informasiya vasitəsi kimi də istifadə olunur.

İnternet medainın fərqli üstünlükləri var. Məsələn, TV-də bir kanaldan başqasına keçməklə istədiyimiz hadisəni izləyə bilirik, ancaq müdaxilə etmək imkanımız yoxdur. İnternetdə isə bizim proseslərə qoşulmaq şansımız yetərincədir. Ona görə də, o sərhədsiz hesab olunur.

Əgər İnternet TV-dən öz üstünlüklərilə seçilirsə, artıq digər KİV-dən danışmağa dəyməz. Bununla belə o, divanda yerini rahatlayıb qəzet oxumağı əvəz etmir. İnternet istifadəçilərinin sayı durmadan artır.

İnternetin inkişafı medaida yeni bir terminin əsasını qoyub. Bu, "xalq jurnalistikası" adlanır". Artıq əksər ölkələrdə, o cümlədən Azərbaycanda insanlar özlərinə pulsuz sayt- bloq aça bilirlər və orada istədikləri informasiyaları yaya bilirlər.

Bloq ilk dəfə 1997-ci ildə Yohn Barger tərəfindən icad olunub. İnformasiya texnologiyaları mütəxəssisi Rafik Zeynalovun sözlərinə görə internetin inkişafından sonra kütləvi şəkildə fərdi saytların yaradılması istəyi meydana çıxıb. Bunun üçün də müxtəlif saytlar insanların orada öz fərdi saytlarını, yəni bloqlarını açmasına imkan yaradıb.

Beləliklə, internetin imkanlarından istifadə edərək artıq hər kəs öz şəxsi saytını- bloqunu açıb özünü ifadə etmək və ya müxtəlif informasiyalar vermək üçün yararlana bilər. Bloqları müxtəlif məqsədlərlə yaratmaq olar- Məşğul olduğunuz iş barədə, bildiyiniz maraqlı məlumatlardan ibarət bloq yarada bilərsiniz.

Bundan başqa, digər insanlara kömək etmək üçün hər hansı bir sahədə eksrert olduğunuzu göstərmək məqsədilə hansısa bir məhsul və ya mal haqqında reklam məqsədli bloq qura bilərsiniz. Bu yolla da siz həm öz işinizi inkişaf etdirmiş, həm də sizin bloqunuzu oxuyanları məlumatlandırmış olursunuz.

Bloqlar elektron jurnalistikanın inkişaf etməsinə də səbəb olub. Yazılı medianın inkişaf etdirilməsi üçün internet saytlarında bloqların yaradılması jurnalistlər üçün nəinki ölkə daxilində, ümumiyyətlə dünyaya açılan yeni pəncərədir. Azərbaycanlı istifadəçilərə görə, bloq yaratmaq üçün ən yaxşı sayt olan "Azersayt.com"ın imkanları daha geniş və çoxçeşidlidir. Bu şəbəkədə qeydiyyatdan keçmiş bloqların sayı- 60 mindən yuxarıdır.

İndi dünyanın bir çox ölkəsində bloqçulara daha çox üstünlük verilir. Amerikada əgər hər hansı bir tədbir keçirilirsə, ora məşhur bloqçu-jurnalistlər, və yaxud da sadəcə bloqçular dəvət edilir. Çünki elə bloqçular var ki, onların saytına gündə 10 milyon insan girir. Belə bir durumda onların bloqlarında yazdığı informasiyalar çox vacib olur.

Hətta "Sony", "Canon" və s. məşhur dünya şirkətləri də təzə mal buraxmazdan əvvəl onları bu bloqçulara göndərir və onların rəylərini öyrənirlər. Onlardan bu məhsullar haqqında öz saytlarında yazmalarını istəyirlər.

O cümlədən siz yaşadığınız rayon və ya şəhər haqqında bloq yarada bilərsiniz. Buna əsas səbəb kimi bölgələrdə informasiya qıtlığını göstərmək olar. Elektron informasiya daha geniş yayılır və daha obyektiv olur. Yaratdığınız bloqda siz rayonunuzun coğrafi mövqeyi, tarixi, mədəniyyəti və s. kimi materiallar yerləşdirə bilərsiniz. Bununla siz öz şəhərinizi və ya kəndinizi bütün dünyada təbliğ etmiş olursunuz.

İnternet istifadəçiləri hətta pul qazanmaq üçün də bloqlardan istifadə edə bilərlər. Belə ki, bloqa qoyulan reklamlar sizə maddi gəlir gətirə bilər. Amma reklamçılar öz reklamlarını yalnız daha çox oxunan və tez-tez yenilənən bloqlarda görmək istəyirlər.

Göründüyü kimi, internetin bu xidmətindən bloqlardan səmərəli və xeyirxah məqsədlərlə istifadə etmək mümkündür. Nəzərə alsaq ki, beynəlxalq informasiya savaşənda ermənilər güclü rəqabət aparırıq, o zaman mümkün qədər çox və yaxşı olar ki əcnəbi dillərdə bloq yaradıb Azərbaycan həqiqətlərini dünyada çatdırmaq olar.

Məlumdur ki, axtarış saytlarında informasiya axtarışı zamanı hər hansı bir ölkədən olan insan sizin yazdığınız məlumatı görə bilər və bu da təbliğat və məlumatlandırma işində sizin bir xidmətiniz olar.

Bütün xəbərlər Facebook səhifəmizdə