Ermənistan ordusunun 18 yaşlı əsgəri Abas Sloyan intihar edib. Ermənistan mətbuatı xəbər verir ki, A.Sloyanın asılmış vəziyyətdə meyiti Şirak vilayətinin Atsik kəndində tapılıb.
Yezidi kürdlərinin icmasından olan A.Sloyanın Armavirdə xidmət etdiyi bildirilir. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB