Millət vəkili ermənilərin yaraladığı 13 yaşlı uşağa baş çəkdi

Millət vəkili ermənilərin yaraladığı 13 yaşlı uşağa baş çəkdi

"Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yarlananan Ramil Yusifovun yaşadığı kəndin sakinləri yenə mütəmadi atəşə tutulur. 13 yaşlı uşağın yaralanmasından hec bir həftə keçməmiş Ermənistan tərfinin dinc sakinləri hədəfə alması cəzaszlığın nümunəsidir". Bunu SİA-ya Tovuz rayonunun Qaralar kəndində sakinlərlə görüşən, o cümlədən Ramil Yusifova baş çəkən millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan kənd sakinləri gündəlik təssərrüfat işlərini görməkdə çətinlik çəkirlər: "Nəzərə alsaq ki, hazırda ot biçini və kartof yığımı vaxtıdır. Amma fərdi təssərrüfatlarında işləyən sakinlər sahələrə çıxdıqda tez-tez atəşə tutulurlar".

Aydın Hüseynov bildirib ki, bu həm də beynəlxalq qurumların və vasitəçilərin laqeyd münasibətinin nəticəsidir: "Yaxşı olardı ki, onlar hadisə yerinə baş çəkə, vəziyyəti ədalətli qiymətləndirə, sakinləri dinləyə və bunu öz hesabatlarına salardılar. Ancaq onlar quru bəyanat verməklə kifayətlənir və heç bir addım atmırlar. Nəticədə isə dinc sakinlər erməni vəhşiliyinin qurbanı olur".

Bütün xəbərlər Facebook səhifəmizdə