Payız fəsli gecikəcək

Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.

Onun sözlərinə görə, qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə