Bu avtomobil yolunun bu hissəsi 4 gün bağlı olacaq

Bu avtomobil yolunun bu hissəsi 4 gün bağlı olacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə SİA-ya “Azəravtoyol” ASC-dən məlumat verilib.

Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19-na kimi qüvvədə olacaq. “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat – Məhəmmədi – Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə