Gənclər üçün Təhsil Mərkəzi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Qızlar Seminariyası" proqramının növbəti qonağı Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Haşımova oldu.
Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova bildirmişdir ki , Azərbaycan qadını tarixin bütün dövrlərində qəhrəmanlığı, sədaqəti, zəngin mənəvi keyfiyyətləri ilə hər zaman fərqlənib. Bu gün Azərbaycan qadınları cəmiyyətin, dövlətimizin ictimai - siyasi həyatında fəal iştirak edir. Belə xanımlardan biri də Azərbaycan Respublikasının əməkdar artisti, milli mədəniyyətimizin fəal təbliğatçısı Aybəniz xanım Haşımovadır.
Daha sonra Aybəniz Haşımova “Azərbaycan qadını üçün vətən anlayışı”mövzusunda çıxış edərək keçdiyi həyat yolundan, şəhid Xaliq Quliyevin həyat yoldaşı kimi torpaqlarımızın ərazi bütövlüyü uğrunda onunla çiyin-çiyinə apardığı mübarizədən söhbət açmışdır.Əməkdar artist mədəniyyətimizin təbliği ilə yanaşı hər il müxtəlif ölkələrdə keçirilən “Xocalıya Ədalət “ kampaniyasının fəal iştirakçısı kimi haqq mübarizəsində savaşımızın aparılması istiqamətində gənc xanımları maarifləndirmişdir.
Qeyd edək ki, 2 ay davam edəcək “Qızlar Seminariyası” layihəsində dövlət və özəl sektorda çalışmaq istəyən xanımların idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB