Psixoloq: “Heyvanlarla amansız davrananlarda psixoloji problemlər ola bilər” AÇIQLAMA

Psixoloq: “Heyvanlarla amansız davrananlarda psixoloji problemlər ola bilər” AÇIQLAMA

“Keçmişdə yaşanan hadisələr və ya travmalar bügünkü davranışa təsir edir. Belə travmalar insanı neqavit düşüncələrlə yükləyə bilər. Bu neqativ baza isə özünü gizlədərək sonradan davranışlar şəklində ortaya çıxır”. Bunu SİA-ya açıqlamasında psixoloq Gülnarə Muxtarova deyib.

O, son zamanlar heyvanlarla amansız davranan insanlarda psixoloji problemlərin ola biləcəyini bildirib: “Onların belə davranışının səbəbini öyrənmək üçün klinik anamnezə ehtiyacımız var. Ancaq ola bilər ki, belə insanlarda keçmişdə baş verən travmalar intiqam hissi formalaşdırmış olsun. İntiqam hissi fərqli insanlarda müxtəlif obyektlərə yönəlir. Bu, hətta özünə zərər vermə həddinə də gəlib çata bilər.

Digər səbəblərdən biri də ərtafdakıların diqqətini cəlb etmək və ya özünü acındırmaqdır. Heyvanlarla amansız davranmalarının dəqiq səbəbini öyrənmək üçün həmin şəxləri psixoloqun danışdırması lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə