ABŞ prezidenti Barak Obamanın Azərbaycan səfirliyinə namizəd göstərdiyi Metyu Brayzanın təyinatı üçün Senatın ümumi toplantısında müzakirələrə maneəçilik törədilib. SİA-nın məlumatına görə, erməni lobbisinə uzun illərdir ki, dəstək verən senatorlar Barbara Bokser ilə Robert Menendes Brayzanın təyinatının Senatda müzakirə edilməsinə qarşı çıxıb.
Adıçəkilən senatorlar Minsk qrupunun keçmiş həmsədrinin Azərbaycana səfir təyinatına Senatın xarici əlaqələr komitəsində müzakirəsi zamanı da qarşı çıxmışdı. Buna baxmayaraq komitənin yığıncağına qatılan digər senatorların təyinatın lehinə səs verərək komitədə Brayzanın namizədliyinin təsdiq edilməsinə şərait yaratmışdılar.
Qanunvericiliyə görə, M.Brayzanın səfir təyin edilməsi üçün məsələ Senatın ümumi iclasında müzakirə edilməsi və təsdiqlənməlidir. Bokser və Menendesin müzakirələrə qarşı çıxması prosesin bir müddət təxirə düşməsinə səbəb olub. Senatın məsələni müzakirə etməsi üçün isə həmin senatorların prosesin təxirə salınması ilə bağlı tələbini geri çəkməsi lazımdır. Senatda müzakirələrin təxirə salınması üçün isə bir senatorun belə maneəçilik törətməsi kifayət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB