Prezident: "Müşavirədən sonra pambıqçılıqda inqilabi dönüş yaranıb"

Prezident: "Müşavirədən sonra pambıqçılıqda inqilabi dönüş yaranıb"

"Belə müşavirələrin çox böyük faydası və mənası var. Pambıqçılığa dair birinci müşavirədən sonra pambıqçılıqda inqilabi dönüş yarandı. Əkin sahələri 17 min hektardan 136 min hektara çatdı". Bunu Qax rayonunda keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı əlavə edib ki, əgər orta məhsuldarlıq bu il 20 sentner olarsa, təqribən 260 min ton pambıq istehsalı gözlənilir: "Bizim məqsədimiz ondan ibarətdir ki, bu rəqəmi 500 min tona çatdıraq. Biz kompleks tədbirlər nəticəsində qısa müddət ərzində buna nail ola bilmişik. Ona görə bu təcrübə onu göstərir ki, biz tütünçülük, baramaçılıq, fındıqçılıq sahələrində də tezliklə istədiyimizə nail olacağıq. Müşavirədən sonra bu sahələrə çox ciddi təkan veriləcək, yeni iş yerləri yaradılacaq və kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək. Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq. Bizim qarşımızda duran əsas vəzifələr bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə