"Səbəb Ermənistanın beynəlxalq səviyyədə cəzalandırılmamasıdır" MÖVQE
13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır. Bunu SİA-ya aşıqlamasında millət vəkili Aydın Hüseynov avqustun 7 də Tovuz rayonun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşli Ramil Yusifovun yaralanmasına münasibət bildirərəkən deyib.
Millət vəkili bildirib ki, Ermənistan tərəfinin dinc əhlini hədəfə alması artıq onlar üçün adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını heçə sayırlar: "Tovuz rayonun Qaralar kəndi mənim anadan olduğum kəndin qonşuluğunda yerləşir. Ermənistan tərəfi mütəmadi olaraq həmin kəndələrdəki dinc sakinləri atəşə tutur, gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışır. Görünür onlar iyulun 4-də iki yaşlı körpə Zəhranın öldürülməsi və bunun dünyada yaratdığı əks sədaddan da nəticə çıxarmayıblar. Əsas səbəb isə Ermənistanın beynəlxalq səviyyədə bu əməllərinə görə cəzalandırılmamasıdır".
Deputat bildirib ki, Zəhranın ölüdürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi və Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi: "Ramil Yusifovun yaralanması isə Ermənistanla sərhəd bölgəsində baş verib. Bax bu fakt bir daha sübut edir ki, Ermənistan cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və Azərbaycan torpaqlarının işğalı üzərində qurub. Çox təəssüf ki, bu cür əməllərinə görə, vasitəçilər başda olmaqla beynəlxalq səviyyədə Ermənistana yetərincə təziqlər olunmur. Onlar isə bu vəhşi əməllərinə davam edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB