Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB