Ermənilərin Tovuzda atəşə tutduğu azyaşlının vəziyyəti orta-ağırdır - VİDEO

Ermənilərin Tovuzda atəşə tutduğu azyaşlının vəziyyəti orta-ağırdır - VİDEO

Avqustun 7 –də ermənilərin açdığı atəş nəticəsində yaralanan 13 yaşlı Ramil Yusifovun vəziyyəti orta – ağır olaraq qalır. Bu barədə SİA - ya açıqlamasında Tovuz rayon Mərkəzi xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib. Həkimin bildirdiyinə görə atılan mərminin qəlpələri uşağın hər iki ayaq nahiyəsinə təmas edib və nəticədə azyaşlı ciddi xəsarət alıb.

Qeyd edək ki, hadisə Tovuzun düşmənlə üzbəüz olan Qaralar kəndində baş verib. 13 yaşlı Ramil Yusifov həyətdə gəzərkən ermənilər onu atəşə tutub. Atılan güllə azyaşlının yaxınlığına düşüb. Nəticədə mərmidən ayrılan qəlpələr uşağın ayağına dəyib. Ramil Yusifov Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə