Cümşüd Nuriyev: “Prezidentlərin görüşündə Azərbaycanın uduşları çox olacaq” - MÜNASİBƏT

Cümşüd Nuriyev: “Prezidentlərin görüşündə Azərbaycanın uduşları çox olacaq” - MÜNASİBƏT

"Metyu Brayzanın səfir olması psixoloji cəhətdən bizə lazımdır. Çünki onun namizədliyinə qarşı ermənilər çıxıb. Bu eyni zamanda Azərbaycan dövlətinin xarici siyasətinin qələbəsi kimi qiymətləndirmək olar". Bu sözlərin SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq hesab edir ki, Amerikanın Azərbaycana kimi səfir göndərməsi önəmli deyil. Önəmli olan gündəmə olan siyasi prinsip məsələsinin Azərbaycanın xeyrinə həll olunmasıdır. C.Nuriyevin sözlərinə görə, Metyu Brayzanın səfir təyin edilməsi ABŞ-ın Azərbaycanla bağlı buraxdığı yanlışlığı düzəltmək kimi dəyərlindirmək lazımdır. Çünki Azərbaycan ABŞ-la bütün məsələlərdə səmimi olub, tərəfdaşlıq mövqeyindən çıxış edib: "Metyu Brayzanın səfir təyin olunması təbii ki, Azərbaycan problemlərini bilən bir insan kimi Azərbaycan üçün müsbət olacaq. İndiyə qədər Metyu Brayza daha çox öz kəskin mövqeyi ilə fərqlənib. Azərbaycanda da elə olacaq. Azərbaycana gələndən sonra bir növ Ermənistandakı ABŞ səfirini zərərsizləşdirmək məsələsi gündəmə gələcək. Onda Metyu Brayza öz sözünü deyə biləcək, cünki o söz sahibi olan bir insandır. Bundan başqa bu müddət ərzində Azərbaycana səfir təyin olunmaması problemi aradan qalxdı. ABŞ tərəfindən gündəmə gətirilən iki ölkə arasındakı soyuqluq bir növ aradan qalxdı. Nəzərə alsaq ki, cənab prezident İlham Əliyevlə Barak Obama arasında görüşü ilə bağlı açıqlamanı Azərbaycan tərəfi deyil ABŞ tərəfi rəsmən yaydı. Bu deməkdir ki, ABŞ əvvəllər buraxdıqları səhvlər nəticəsində gərginlik yaranmışdı. Amma hazırda Metyu Brayzanın səfir təyin edilməsi yeni dönüş funksiyası oldu".

 

ABŞ və Azərbaycan prezidentlərinin görüşünə gəlincə poltoloq deyir ki, görüşdə də hər iki tərəfin milli maraqları masa üzərinə qoyulacaq. Görüşdə Barak Obama tərəfindən ABŞ-ın Qafqaza qayıdış məsələsi gündəmə gətiriləcək. Rəsmi Bakı isə Azərbaycanın ərazi bütövlüyü məsələsinı masa üzərinə yatıracaq. Beləliklə, ABŞ çalışacaq ki, Qafqazdakı mövqeyini bərpa etmək üçün bir növ Rusiya ilə paritet yaratsın. ABŞ-ın belə bir addım atması Dağlıq Qarabağ məsələsinin donma nöqtəsindən hərəkəti demək olacaq. C.Nuriyev hesab edir ki, ABŞ-ın Qafqaza qayıdışı üçün ona Azərbaycan lazımdır, Azərbaycana isə ərazi bütövlüyü lazımdır: "Prezidentlərin görüşündən çox şey asılıdır. Barak Obama ilə görüşdə Azərbaycan dövlətinin milli maraqları önəmli yer tutacaq. Bu görüşədən sonra bir şeyi proqnozlaşdırmaq olar. ABŞ çalışacaq ki, Qafqazdakı mövqeyini bərpa etmək üçün bir növ Rusiya ilə paritet yaratsın. ABŞ-ın belə bir addım atması Dağlıq Qarabağ məsələsinin donma nöqtəsindən hərəkəti demək olacaq. Bütün hallarda hal hazırda son hadisələr göstərir ki, Qarabağ məsələsində ATƏT-in indiki həmsədrləri hansısa bir addım atmırlar, dəyişiklik etmək istəmirlər. Nəzərə alsaq ki, Fransa ABŞ-ın ağzını güdür bu o deməkdir ki, Fransanı fəaliyyətə gətirəndə Rusiya bir növ təklənəcək. Danışıqların hansı istiqamətdə getməsini indidən proqnozlaşdırmaq olmaz. Amma bir şey dəqiq demək olar ki, ABŞ Qafqazı əldə saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyü üçün çalışmalıdır. Daha doğrusu həqiqəti müdafiə etməlidir. Onda yenidən ABŞ Qafqaza qayıda bilər. ABŞ-ın Qafqaza qayıdışı üçün ona Azərbaycan lazımdır. Azərbaycana isə ərazi bütövlüyü lazımdır. Bu da ABŞ-da öz həllini tapa biləcək bir məsələdir".

 

Politoloqun sözlərinə görə, görüşdə həmçinin masaya yatırılan digər məsələ İran olacaq: "Çünki İranın vasitəçi məhəbbəti təsadüfi deyil. İran baxmayaraq ki, islam dövlətidir indiyə qədər bütün hallarda Ermənistanla əməkdaşlıq edir bütün sferalarda. Bu Azərbaycana özünü təqdir eləmək siyasətidir və bir başa Rusiyanın əli ilə keçirilir. Ona görə də, Azərbaycan ABŞ-a həmçinin Əfqanıstan siyasətini həyata keçirmək üçün lazımdır. Bütün istiqamətlərdə Azərbaycan ABŞ üçün önəm kəsb edir. Yəni bu görüşdə Azərbaycanın uduşları çox olacaq. Ən azı uzun müddət peşəkar siyasət yürüdən dövlət kimi ABŞ Qafqazda Azərbaycanı dəstəkləməlidir ki, istədiklərini ala bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə