Metronun “Sahil” stansiyası təmirə bağlanacaq

Metronun “Sahil” stansiyası təmirə bağlanacaq

Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təmirə bağlanacaq. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev SİA-ya açıqlamasında stansiyada təmir işlərinə başlanılacağını bildirib.

"Metronun bu stansiyasında ciddi təmir işlərinə ehtiyac var. Stansiyada hər iki eskalator yenilənməlidir. Artqı görüləcək işlər layihələndirilib. Stansiyanın nə nə vaxt bağlanacağı və təmir işlərinin davam etmə müddəti ilə bağlı yaxın günlərdə ətraflı məlumat veriləcək", - deyə N.Paşayev bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə