Azərbaycan 2004-cü ildən başlayaraq nəhəng uğurlara imza atıb

Azərbaycan 2004-cü ildən başlayaraq nəhəng uğurlara imza atıb

Prezident İlham Əliyev: "Azərbaycanda idxaldan asılılığı azaltmaq, daxili tələbatı yerli istehsal hesabına təmin etmək və ixrac imkanlarını genişləndirmək üçün qəbul edilmiş proqramlar uğurla icra edilir"

Son illər Azərbaycanda bütün sahələr üzrə inkişaf və tərəqqi mövcuddur. Ölkəmizin münbit torpaqlarına və hava iqliminə xas olan bölgələrində kənd təsərrüfatının, digər sahələrin, xüsusilə qeyri-neft sektorunun, o cümlədən, sahibkarlığın inkişafında davamlı nailiyyətlər əldə edilməkdədir. Həəmçinin, əhalinin sosial təminatında özəl yeri olan iş yerlərinin açılması, həmin sahələr üzrə infrastrukturların qurulması da belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanda lazım olan bütün infrastruktur layihələri icra edilib.

"2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu vardır"

Yeri gəlmişkən, məhz bu və digər sahələrin inkişaf etdirilməsi məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü fikirləri mühümlüyü və əhəmiyyəti ilə seçilir. Belə ki, "bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır"-deyə vurğulayuan dövlət başçısı qeyd edib ki, hazırkı zamana qədər əldə edilən hər bir uğurun arxasında daha öncə qəbul edilmiş Dövlət Proqramları dayanır. SİTAT: "2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu vardır".

Digər tərəfdən, "2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir"-deyə qeyd edən Prezident heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlərin görülmədiyini də xüsusi olaraq diqqətə çatdırıb.

Dövlət başçımız eyni zamanda bildirib ki, 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi saysəində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir. Eləcə də qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir.

Söz yox ki, ötən illər ərzində, xüsusilə 2004-cü ildən bu yana aparılan nəhəng işlər bu gün Azərbaycanı dünyanın iqtisadi və sosial inkişafı baxımından tərəqqi edən ölkələri sırasına daşıyıb. Məsələn, 2004-cü ildən bu günədək 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir.

"2004-cü ildən bu günədək Azərbaycanda yeni sosial infrastruktur yaradılmış, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilmişdir"

Həmçinin, əldə edilən davamlı uğurların nəticəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəyini qeyd etmək olar. O cümlədən, 2004-cü ildən bu günədək Azərbaycanda yeni sosial infrastruktur yaradılmış, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilmişdir.

Yazının əvvəlində də vurğulandığı kimi, bütün bunlar o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının sahibkarlara siyasi dəstək göstərdiyinin, onlarla davamlı şəkildə görüşdüyünün, problemlərini həll etməsinin bariz nəticəsidir. Məsələn, ötən öövr ərzində Sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Ölkə başçlmız vurğulayıb: "Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur: işsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək".

Məhz bunun nəticəsidir ki, artıq iş axtarmaq problemi ümumiyyətlə, aradan qaldırılıb və dövlət rəhbərimiz öz çıxışında qeyd edib ki, bu gün işləmək istəyən özü üçün iş tapa bilər.

"Ərzaq təhlükəsizliyi sahəsində kifayət qədər uğurlar, nailiyyətlər əldə olunub"

İnkişaf və tərəqqi Azərbaycanın yaxın gələcəkdə daha da mütərəqqi uğurlara imza atacağı proqnozlarını reallaşdırır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərzaq məhsullarının böyük ixrac potensialına malik olacaq. Belə ki, 2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Artıq bu sahədə kifayət qədər uğurlar, nailiyyətlər əldə olunub.

Ət istehsalı sahəsində də Azərbaycanın tələbatı demək olar ki, ödənilir. Dövlət rəhbərimiz bununla bağlı qeyd edib ki, Azərbaycan özünü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edir.

O cümlədən, Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir: "Növbəti illərdə görüləcək tədbirlər nəticəsində Azərbaycan böyük ixrac potensialına da malik olacaq. Azərbaycanda qırxa yaxın aqropark yaradılır. Yaxın illər ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir. Azərbaycan xam pambıq, mahlıcla yanaşı, hazır məhsul da ixrac edəcək".

"2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı"

Prezident İlham Əliyev xatırladıb ki, son illər dövlət tərəfindən sosial infrastruktura, ərzaq təhlükəsizliyinə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, ordu quruculuğuna milyardlarla vəsait qoyuldu: "Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalmışdı. Bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək. Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək".

"Bu sahələrin inkişafı həm də sosial layihədir, bu sahələr böyük məşğulluq potensialına malikdir"-deyə qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycanda tütünçülük, baramaçılıq, fındıqçılıq sahələri ilə bağlı çox böyük və zəngin ənənələr vardır: "Bu sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək. Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir,fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. 80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir".

"Tütün istehsalçılarına güzəştli kreditlər verilməlidir"

Tütün istehsalı ilə də bağlı fikirlərini açıqlayan ölkə rəhbəri bildirib ki, tütün istehsalçılarına güzəştli kreditlər veriləcək. Belə ki, artıq 13 rayonda tütün əkini aparılıb: "2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Tütün istehsalçılarına güzəştli kreditlər verilməlidir. Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. 2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir. Tütünçülüklə bağlı çox ciddi proqram qəbul ediləcək".

Fermerlər tərəfindən baramaçılığa çox böyük marağın olduğunu bildirən dövlətimizin başçısı ibldirib ki, dövlət baramaçılığın inkişafı ilə bağlı hər şeyi öz üzərinə götürüb, bütün lazımi materiallar, subsidiyalar verilir, tinglər əkilir: "Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq. Hazırda 30 rayonda barama istehsal olunur,gələn il 500 ton , 2025-ci ilə qədər 6 min ton barama tədarükü gözlənilir. Damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması üçün qəbul məntəqələri və yeni ipək kombinatı yaradılmalı, "Şəki İpək" ASC-nin fəaliyyəti daha da gücləndirilməlidir".

"İlin altı ayının nəticələrinə əsasən, qeyri-neft iqtisadiyyatı, qeyri-neft sənayesi artıb"

Ümumiyyətlə, Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Ölkə başçısı bildirib ki, kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb: "Azərbaycan iqtisadiyyatı inkişaf edir. İlin altı ayının nəticələrinə əsasən, qeyri-neft iqtisadiyyatı, qeyri-neft sənayesi artıb. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb.

Azərbaycan 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilib, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir.

Azərbaycanda idxaldan asılılığı azaltmaq, daxili tələbatı yerli istehsal hesabına təmin etmək və ixrac imkanlarını genişləndirmək üçün qəbul edilmiş proqramlar uğurla icra edilir".

Beləliklə, bird aha əminliklə nəticəyə gəlmək olar ki, əyata keçirilən tədbirlər ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət edir. Azərbaycan bu mütərəqqi siyasətlə inkişaf edərək, dünyanın lidelər ölkələri sırasında öz mövqeyini möhkəmləndirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə