Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, səfər zamanı Milli Məclisin sədri və onu müşayiət edən şəxslər İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəklər.
Oqtay Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB