Ermənilər yunan tarixini də mənimsəməyə cəhd etdilər

“Lragir.am”a görə, ermənilər “minilliklər etnosuna” malikiymiş
Ermənilər yunan tarixini də mənimsəməyə cəhd etdilər

Amerikalı alimlər Yunanıstan ərazisində bürünc əsr zamanına məxsus tapılan və egey sivilizasiyasına aid olunan insan skeletləri üzərindən DNA testləri götürərək, analizlər aparıblar. Onlar bizim eradan əvvələ aid olan və 2600-1100-cü illərə təsadüf edən krit-minoy və 1600-1100-cü illərə məxsus miken sivilizasiyasına da aid araşdırmalar aparıblar. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Bu sivilizasiyalar çox mühümdürlər, çünki onlar Avropa ərazisində bizə tanış olan, inkişafı və yazıları ilə üzə çıxan ilk sivilizasiyalardır. Lakin bu insanların haradan gəldikləri və öz mükəmməl mədəniyyətlərini necə inkişaf etdirmələri çox maraqlıdır, ona görə də araşdırmalarımız davam edəcək”-deyə araşdırmalarda aktiv iştirak edən Harvardın səhiyyə məktəbinin fəal üzvü İosif Lazaridis bildirib.

Lazaridisə görə, bu sivilizasiyaları yaradan insanlar gəlmələr deyillər, onlar yerli olublar və Anatoliyadan (indiki Anadolu ərazisi) Avropaya köçən, əkinçilik işləri ilə məşğul olan tayfalardan yaranıblar. Bu, təxminən 7 min il əvvələ təsadüf edir. DNA testlərindən götürülmüş analizlərin 62 və 86%-i də məhz bunu sübut edir.

“Lakin miken və minoy sivilizasiyaların nümayəndələrini müasir Qafqaz və İranda yaşayan insanlar (4-6%) da təşkil edir”-deyə qeyd edən Lazarids əlavə edib ki, alimlər qədim Misirdə, yaxud şərqi Aralıq dənizi ərazilərində yaşayan və finikiya mədəniyyətinə aid olanların Yunanıstana miqrasiya etmiş insanlar olduğu barədə sübutlar əldə edə bilməyiblər.

Bu arada BBC-nin sözügedən məlumatını yayan ermənilərin “lragir.am saytı” dərhal bu məsələni nəzarətə götürərək, növbəti dəfə əsl erməniçilik xislətini ortaya qoyub və sərsəmcəsinə iddia edilib ki, Anadolu, İran və Qafqaz guya erməni etnosunun yaşadığı arealdır, bu baxımdan həmin “etnos minilliklərə aid olduğuna görə” (?!-red.) qədim Yunanıstanın tarixi kökündə də erməni barmağı mövcuddur.

Xatırladaq ki, ermənilərin bu axmaq adətləri demək olar ki, qədim dünya tarixinin onlar tərəfindən yaradılmasına qədər “inkişaf” edib və bir çox elmi araşdırma mərkəzləri ermənilərin bənzər iddialarına istehza ilə yanaşırlar.

Qeyd: ermənilərin iddialarına bu likdən baxa biərsiniz:

http://www.lragir.am/index/rus/0/society/view/57416

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə