Azərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub:"İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb".
A.Maqsudov həmçinin deyib ki, indiyədək 56 nəfər isə sirkə turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya yerləşdirilib: "Yalnız iyul ayında 4 nəfər sirkə turşusundan zəhərlənib. Onların vəziyyəti ağır olsa da, iyul ayında ölüm halı qeydə alınmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB