Təhsil naziri vətəndaşları qəbul edib

Təhsil naziri vətəndaşları qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərində vətəndaşların qəbulunu keçirib.

SİA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri və həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbə köçürülməsi, işə bərpa olunma, yeni məktəb tikintisi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə