Fransız jurnalist Alıxanlı kəndində olub FOTOLAR

Fransız jurnalist Alıxanlı kəndində olub FOTOLAR

Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Füzuli rayonunun Alıxanlı kəndində olub. SİA-nın verdiyi məlumata görə, cəbhə bölgəsində olan fransalı qonaqlar, QHT rəhbərləri, ziyalılar və iyulun 29-də erməni hərbçilərinin qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər.

Qonaqlar daha sonra hadisənin baş verdiyi əraziyə baxıblar. Burada kənd sakinləri və Quliyevlər ailəsi ilə görüşən qonaqlara cəbhə kəndindəki vəziyətlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, erməni hərbçiləri kəndi tez-tez atəşə tuturlar: “Ancaq yerli əhali Azərbaycan ordusuna güvənir. Bu səbəbdən də cəbhəyanı kənd sakinləri hec nədən qorxmayaraq gündəlik işləri və əkin biçinlə məşğul olurlar”.

Fransalı qonaqlar mülki əhaliyə qarşı silahlı işlədilməsin pisləyərək, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu bildirblər. Eyni zamanda Jerar Kardon qeyd edib ki, onların bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.

Xatırladaq ki, Fransız jurnalisti və yazıçısı Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kür - Xəzər" xeyriyyə cəmiyyəti ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində iyulun 23-dən Azərbaycanda səfərdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə