Multikulturalizm yay məktəbinin iştirakçıları üçün növbəti mühazirə oxunub
“Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” mövzusunda V Beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində iyulun 29-da İsrailin Təl-Əviv Universitetinin professoru Daniel Zisenvinenin “İnterkultural əlaqələrin öyrənilməsi: yəhudilər və ərəblər Şimali Afrikada” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirəçi İslam və yəhudi dinlərində olan müqəddəs mətnlər barədə tarixi faktlara əsaslanan məlumatlar verib, bu dinlərarasında əsrlərboyu mövcud olan problemlərə diqqət çəkib və bu problemləri daha çox dialoqun olmaması ilə əlaqələndirib. Professor bu problemlərin həlli kimi müxtəlif səviyyələrdə və formatlarda açıq müzakirələrin, dialoqun həyata keçirilməsinin vacibliyini önə çəkib.
Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən yay məktəbində 26 ölkənin - Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, Liviya, Braziliya, Çin və digər ölkələrin aparıcı universitetlərindən 60-dək tələbə iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB