ASAN könüllüləri Binəqədi Gənclər Evində FOTO

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 10-cu qrup ASAN könüllüləri ilə Gənclər Evində görüş keçirilib.

Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və RİH-də təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.

Könüllülər ilk öncə Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış olublar və onlara Gənclər Evi haqqında geniş məlumat verilib.

Sonra Gənclər Evinin akt zalında ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Gənclər Evinin fəaliyyəti ilə bağlı təqdimat edib və Gənclər Evinin həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.

Sonra Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən həyata keçirilən layihələr, tədbrilər haqqında geniş məlumat verib. Eyni zamanda, natiq Binəqədi rayonunun rəsmi Facebook səhifəsinin təqdimatını edib və sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında geniş məlumat verib. Təqdimatlardan sonra ASAN könüllüləri ilə görüş çay süfrəsi ətrafında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə