Demək, bu ərəfələrdə məlum olub ki, “Sülh və Demokratiya İnstitu”nun rəhbəri Leyla Yunusla əri Arif Yunusun xeyli pulları varıymış və onlar bu pulları Avropa ölkələrində sağa-sola xərcləyirmişlər. Bunu mən deyil, elə müxalifətin daxilində olan Zamiq Məmmədli deyir. O, düşərgədə yaxşıca pul qazananların ifşası ilə məşğul olan adamdır. Məqsədi, müxalifətdə “qəhrəmanlaşdırılmış” adamların heç də bu ada layiq olmamalarını göstərməkdir.
Müxalifətin oliqaxiyası kef edir, fransız xalqı kimi…
Daha doğrusu, bu gün Yunuslar ailəsi müxalifət oliqarxiyasının başında gedənlər sırasında dayanır. Halbuki, bir neçə il öncə həbs edilərkən, həm əri, həm də özü “daş atıb” başlarını tuturdular ki, onların bir neçə min manatdan artıq pulları yoxdur, hətta xarici ölkələrə gedəndə ondan-bundan borc alırmışlar (?!-R.) Təbii ki, siyasi həyasızlıq edənlərdən hər nə desən gözləmək olar, yəni belələrinin sözlərinə inanmaq çox çətindir. Fəqət, bu gün Yunuslar ailəsinin Amsterdamla yanaşı, Çexiyanın paytaxtı Praqanın ən elit nöqtəsində - Bechlinska 705/4, Praha 9 ünvanında iki ədəd mənzilləri də var. Özü də kupçalı-zaddı…
İndi də yay girər-girməz sezonlarını ən bərkgedən turistik məkanlarda keçirməklə kef-damaq içində yaşayırlar. Necə deyərlər, müxalifətin oliqaxiyası kef edir, fransız xalqı kimi…
Zamiq Məmmədli Çexiyada 12 ildir ki, kirayədə yaşadığı halda, bunlar iki evi birdən aldılar – hansı üsulla?
Və bunu də mən deyil, elə siyasi mühacir Zamiq Məmmədli deyib və apardığı araşdırmalarından sonra üzə çıxarıb. Bu baxımdan, onun sözlərinə inanmamaq da olmaz, çünki özü də 12 ildir Praqda yaşayır, ancaq kirayədə. Bu zaman belə bir sual yaranır, əcəba, necə olur ki, Zamiq Məmmədli 12 ildə Allahın bir otaqlı mənzilini ala bilmədiyi halda, Yunuslar ailəsi ikisini birdən alıblar? Hansı pullara? Hansı gəlirlərlə? Əlbəttə, burada düşünəcək və cavabı çətin veriləcək heç nə yoxdur. Vətənini, dövlətini, xalqın maraqlarını Azərbaycanı sevməyənlərə sat və istəyirsənsə, get Ayda da özünə kupçalı mənzil al!
Xox, inandıq haaa!
Əbəs yerə deyil ki, bu gün Qərb ölkələrində nəinki Leyla və Arif Yunusların, o cümlədən, Qənimət Zahidin, Əli Kərimlinin arvadı Samara Seyidovanın və oğlu Türkel Kərimlinin və daha bir neçə “əzabkeş müxalifətçinin” evləri var. Onlar bu günün özündə də Avropa ölkələrində kef-damaq sürməkdən ötrü min-bir oyunbazlıqlardan çıxmaqla məşğuldurlar. Adını da qoyublar ki, “biz Azərbaycanda hüquqları pozulmuş insanların ən parlaq müdafiəçiləriyik”. Xox, inandıq haaa!
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB