Azərbaycan ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib
Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.
Bu barədə SİA-ya Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.
Dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikası və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB