16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N.Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB