Hindistanın Mumbay şəhərində ötən gün yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə dünən səhər Mumbayın şimal-şərqindəki Qhatkopar rayonunda baş verib. Dördmərtəbəli binada yaşayış apartamentləri ilə yanaşı, özəl müalicəxana da yerləşib, lakin orada təmir işləri aparıldığı üçün çökmə anında pasientlərin sayı çox olmayıb. Bununla belə, hadisə nəticəsində təxminən 30 nəfər dağıntılar altında qalıb.
Bundan əvvəl çökmə zamanı 7 nəfərin öldüyü bildirilib. İndiyədək 11 nəfərin dağıntılar altından çıxarılaraq xilas edildiyi məlumdur.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB