Üç ictimai qurum çağırış etdi FOTOLAR

Üç ictimai qurum çağırış etdi FOTOLAR

""İdeal” Sülhün Təbliği Fondu”, “Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzi” və “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək” İctimai Birliyi birgə çağırış edib. SİA-nın məlumatına görə, bununla bağlı tədbir təşkil olunub.

Tədbirdə hər üç ictimai qurumun rəhbərliyi bəyan edir ki, Azərbaycan taleyüklü ümummilli strateji məsələləri olan dövlət suverenliyi, ərazi bütövlüyü, modern və güclü dövlət quruculuğu, Azərbaycan xalqının azad, xoşbəxt, firavan həyata qovuşması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi çoxşaxəli, uğurlu siyasi xətt çoxsaylı tərəfdaşlarımız tərəfindən qətiyyətlə dəstəklənir.

“Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzi”n rəhbəri Nəbi Qafarov çıxış edərək dövlətçiliyimiz günü-gündən möhkəmləndiyini, ölkəmizin inkişaf etdiyini və bunun davamlı olması üçün dövlət başçısına hərtərəfli dəstəyin verilməsinin lazım olduğunu qeyd edib: “Lakin təəssüf ki, bu uğurları gözü götürməyən qara qüvvələr də mövcuddur. Qürur hissi ilə qeyd edirik ki, şəxsi maraqlara söykənən bütün cəhdlərin qarşısı dövlət başçımız tərəfindən qətiyyətlə alınır”.

Tədbir müzakirələr əsasında davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə