Mərakeş Krallığının səfiri Məhəmməd Adil Ambarx Tərcümə Mərkəzində olub. Mərkəzdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla ərəb dünyası arasında hər sahədə qurulmaqda olan əlaqələrdən söz açılıb.
Səfir Məhəmməd Adil Ambarx bildirib ki, sizin Mərkəzin fəaliyyəti barədə çox eşitmişəm: "Həqiqətən də, ədəbiyyat - xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsüdür. Səfirlik olaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də, Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm, həm Azərbaycanda Mərakeşə, həm də Mərakeşdə Azərbaycana böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi mədəni həyatına gözəl töhfələr verəcək”.
Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı“, “Azərbaycan-ərəb dili danışıq kitabçası” və digər nəşrlər hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB