Sağlamlıq imkanları məhdud uşaqların müəssisəsinə başçəkmə keçirilib
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən, 1 saylı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, MPQ üzvlərinin və ekspert qismində cəlb olunmuş həkimin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə - yataq, dərs və reabilitasiya, rəsm, musiqi, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, yeməkxana və mətbəxə, idman zalına, ümumi əraziyə baxış keçirilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, müəssisə rəhbərliyi, tərbiyəçi və tibb işçiləri ilə söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.
Əsaslı təmir olunaraq zəruri müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin müasir standartlara uyğun olduğu müəyyən olunub, saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.
Başçəkmənin sonunda saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB